waplog

“Bulud”da da çap olacaq?


"İCTnews" elektron xəbər xidməti "dailycomm.ru" resursuna istinadən xəbər verir ki, stolüstü kompyuter və ya noutbuka qoşulan printerlərdə sənəd və şəkillərin rəqəmli çap edilməsi getdikcə populyarlığını itirir. Gələcəkdə printerlərlə simsiz rabitə üzrə əlaqələndiriləcək smartfon, planşet və ultranazik fərdi kompyuterlər (FK) çap "rol"unu oynayacaq. Mütəxəssislər bildiriblər ki, bu tendensiya getdikcə bazarda populyarlaşır.

2012-ci ildə mobil çapı dəstəkləyən məhsullar artacaq. "AirPrint" texnologiyası buna sübutdur. Əvvəlcə onu yalnız "HP" printerləri dəstəkləyirdi, lakin hazırda "AirPrint" texnologiyası "Brother", "Canon", "Epson", "Kodak" və "Lexmark" modellərində də dəstəklənir.

"AirPrint" texnologiyasının rəqibi 2010-cu ilin aprel ayında istifadəyə verilmiş "Cloud Print" layihəsidir. Bu veb-xidmətə müraciət edən noutbuk və ya smartfon ona nəyi çap etmək lazım olduğu barədə məlumat verir. Nəticədə printer üçün lazımi təlimatlar göndərilir. Bu halda heç bir sürücü (driver) lazım deyil.

Lakin bir vacib problem var. Problem "Cloud Print" veb- xidmətinin printerlə qarşılıqlı əlaqə üsulu yaradılmasındadır. "Google" şirkəti bu problemin aradan qaldırılması üçün 2 həll təklif edib. Birinci həll kimi "bulud"da çap üçün açıq standartların tətbiqi və universal texnologiyanı dəstəkləyən printerlərin yaradılması təklif edilib.

İkinci həll kimi aralıq proqram təminatı təklif edilib. Məhz belə proqram təminatı vasitəsi ilə çap edən qurğu ilə əlaqə yaradıla bilər. Belə proqram təminatı ya FK istifadəçisinin kompyuterinə quraşdırılır, ya da printerlər bu proqram təminatı ilə təchiz edilirlər.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL