waplog

Bakıda intellektual işıqforlar qurulacaq


Nəqliyyat Nazirliyi Bakıda Nəqliyyatın intellektual idarəetmə sisteminin birinci mərhələsinin bitməsi ilə yeni mərhələnin başlanğıcını qoyacaq. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov danışıb.

Onun sözlərinə görə, hazırda şəhərdə qurulan Fransa istehsalı olan müasir işıqforlar daha cəlbedici və estetik tələblərə cavab versə də,  onların rəqəmli işıqforlarla  əvəz edilməsi intellektual sistemin ikinci fazası çərçivəsində nəzərdən keçiriləcək.

Sistemə müvafiq olaraq, Bakıda 150 yolayrıcı üzərində nəzarət həyata keçirilməlidir və bu prosesdə işıqforlar böyük əhəmiyyət kəsb edir. İndi fəaliyyət göstərən işıqforların nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqini təmin etməyə nə qədər imkan verdiyi və onları yeniləri ilə əvəz etmək ehtiyacının olub-olmaması müəyyənləşdiriləcək.

Qeyd edək ki, intellektual idarəetmə sisteminin tərkib hissəsi olaraq şəhərdə elektron tablolar da qurulub ki, bu da şürücülərə yollar haqqında ətraflı məlumat verilməsinə hesablanıb.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL