waplog

“Facebook”dakı nasazlıq “Twitter” in ən çox müzakirə edilən mövzusu olub


"Facebook" sosial şəbəkəsinin əlçatmazlığının müzakirə edilməsi "Twitter" mikrobloqlar xidmətində dünya trendlərinə (ən çox müzakirə edilən mövzu) düşüb.

"Facebook" sosial şəbəkəsində problemlər təxminən saat 10:00 radələrində  başlayıb.İstifadəçilər "Twitter" mikrobloqlar xidmətində "# facebookdown" heşteqindən istifadə edərək sosial şəbəkəyə çıxış əldə edə bilmədikləri haqqında mesajlarla bölüşüblər.

Artıq şəbəkə öz işini bərpa edib.Bundan əvvəl "Facebook" sosial şəbəkəsində analoji nasazlıq 2011-ci il noyabr ayının sonunda baş vermişdi.Məlumat üçün bildirim ki, hazırda "Facebook" sosial şəbəkəsinin auditoriyası 845 milyon istifadəçidən ibarətdir.
 


EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL