waplog

Ən çox üstünlük verilən ekran təsvir ölçüsü hansıdır?


"StatCounter" şirkətinin tədqiqat məlumatlarına əsasən, hazırda 1024×768 piksel təsvir ölçüsü fərdi kompyuter istifadəçiləri arasında o qədər də populyar deyil.

"İCTnews.az" elektron xəbər xidməti "business.compulenta.ru" saytına  istinadən bildirir ki, "StatCounter" tədqiqat şirkəti stolüstü monitor, həmçinin portativ kompyuter və planşet ekranlarının təsvir ölçüsü haqqında məlumatları toplayır. Bu statistikaya smartfon və digər qurğulara dair məlumatlar aid deyil.
Məlumat üçün bildirim ki, hazırda 18.6 faiz istifadəçi 1024×768 nöqtə təsvir ölçüsünə üstünlük verir.

Müqayisə üçün: 3 il bundan əvvəl 1024×768 nöqtə təsvir ölçüsünə 41.8 faiz istifadəçi üstünlük verirdi.
Hazırda populyarlığa görə birinci yerdə 1366×768 piksel formatı qərarlaşıb; onun payı 19,3 faiz təşkil edir. İkinci yerdə 13 faiz göstərici ilə 1280×800 nöqtə təsvir ölçüsü yerləşib.



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL