waplog

“İntel” mobil sənayedə “böyük oyunçu” olmaq istəyir


Amerikanın “İntel” korporasiyası yaxın 5 il ərzində mobil sənayedə "böyük oyunçu" olmağı planlaşdırır. Məlumat üçün bildirim ki, şirkətin prosessorları ilk dəfə olaraq bir neçə gün əvvəl smartfon bazarında təqdim edilib.

“İntel” şirkətinin maliyyə direktoru Steysi Smit (Stacy Smith) “Bloomberg” agentliyində işləyən müxbirə verdiyi müsahibəsində bildirib ki, “İntel” korporasiyası hər hansı bazara çıxdıqda qarşısına həmişə ən böyük məqsədə nail olmağı qoyur. "Mobil qurğular sektorunda pul dövriyyəsi  milyard dolları ötür və bu, bizim üçün əla imkandır" - top-menecer qeyd edib.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən  bildirir ki, Smit etiraf edib ki, şirkət 2012-ci ildə çətin ki hər hansı mühüm  nəticə əldə edə, lakin 5 ildən sonra vəziyyət tamamilə başqa cür olacaq.

“IDC” analitik firmasının proqnozuna görə, 2012-ci ildə mobil telefonların  tədarük həcmi 1,7 milyardı ötəcək. Bu göstərici 1 il əvvəl ilə müqayisədə  8,2% çoxdur.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL