waplog

Vətəndaşlar vergiləri elektron qaydada ödəyə biləcəklər


Artıq vətəndaşlar dövlət büdcəsinə hesablanmış vergiləri, dövlət rüsumlarını, dövlət torpaqlarının icarə haqqını, maliyyə sanksiyalarını və inzibati cərimələri elektron qaydada ödəyə bilərlər.  "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Vergilər Nazirliyinin yaydığı məlumatda deyilir.
Bunu 2 metodla yerinə yetirmək mümkündür.

Vergilər Nazirliyinin "www.taxes.gov.az" internet səhifəsinin "E-xidmətlər" keçidini seçərək "İnternet Vergi İdarəsi"ndə (www.e-taxes.gov.az) "Giriş" düyməsini sıxmaqla "Sistemə giriş səhifəsi"ndə sistemə öz istifadəçi kodunu və şifrəsini daxil edib və "Bölmə" menyusunda "Onlayn Kargüzarlıq & e-VHF" seçib həmin bölməyə daxil olmaqla ödəyə bilərlər. Bununla yanaşı, "www.apus.az" saytında VÖEN daxil etməklə elektron qaydada ödəniş etmək olar.




CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL