waplog

Rəqəmli kartoqrafik bazaya əsaslanan interaktiv elektron xəritələrdən istifadə zəruridir


“Ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanları və digər qurumlar tərəfindən elektron xidmətlər sahəsində baza kimi məhz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunan kartoqrafik əsaslardan istifadə edilməlidir.

Nəzərə alınmalıdır ki, komitənin bu sahədəki müstəsna xidmətləri eyni zamanda ölkənin müdafiəsi, təhlükəsizliyi, eləcə də iqtisadiyyatın bütün sahələrində də tətbiq olunur”. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri DTXK-də  “İnteraktiv elektron xəritələr elektron hökumətin xidmətində” mövzusunda keçirilən tədbirdə komitə sədri Qərib Məmmədov deyib.

Onun sözlərinə görə, bununla belə, torpaq islahatının birinci mərhələsinin nəticələrindən bu islahatın növbəti mərhələlərində səmərəli şəkildə istifadə olunmasını təmin etmək və nəticə etibarilə bu işdən bütövlükdə həm dövlətin, həm də Azərbaycan xalqının bəhrələnməsi üçün yalnız rəqəmli kartoqrafik bazaya əsaslanan interaktiv elektron xəritələrdən istifadə olunmalıdır.



CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL