waplog

MTRŞ-nin iclası keçirilib


07 may 2012-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda "SN Telekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.  MTRŞ  "SN Telekom" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.

 “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə şuranın yaydığı məlumatda deyilir. İclasda, həmçinin "Space” Müstəqil televiziya və radio şirkəti Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Milli Televiziya və Radio Şurasının 22 dekabr 2011-ci il tarixli qərarının tələblərini pozması faktı üzrə başlanmış inzibati icraat üzrə işə də baxılıb.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələblərinə uyğun olaraq "Space" Müstəqil Teleradio şirkəti  MTRŞ-nin qərarına əsasən inzibati məsuliyyətdən azad edilib.



CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL