waplog

Bakıda 100 elektron köşk-multimedialı taksofonlar quraşdırılıb


“Eurovision 2012” mahnı müsabiqəsi ərəfəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi tərəfindən paytaxtda 100 elektron köşk-multimedialı taksofonlar quraşdırılıb.
Elektron köşklər Bakının mərkəzi küçələrində, Bakı Metropolitenində, Dənizkənarı Milli Parkda və “Baku Crystal Hall” kompleksi yaxınlığında quraşdırılıb.

Multimedialı qurğular özündə taksofon və kompyuterin funksiyalarını birləşdirir. Adi telefon xidmətləri ilə yanaşı, qurğu yerli, şəhərlərarası və beynəlxalq rabitəni təmin edir. İnternet şəbəkəsinə çıxmağa, elektron poçt göndərməyə, videoçarxlara baxmağa və s. imkan yaradır. Qurğu “Bluetooth” və USB portları ilə təchiz olunub.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL