waplog

Azərbaycanda informasiya yalnız bir şərtlə veriləcək


Azərbaycanda “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklərin ediləcəyi gözlənilir. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İnsan haqları komitəsinin birgə iclası keçirilib və iclasda sözügedən qanuna dəyişikliklərin edilməsi məsələsi müzakirə olunub.

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verərək bildirib ki, qanuna təklif olunan dəyişikliklərə görə informasiyanın əldə olunmasına yalnız bir şərtlə icazə veriləcək.

Yəni informasiya o şərtlə veriləcək ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.


SEYMUR


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL