waplog

“Fujitsu” ikitərəfli sensor ekranlı telefon prototipi hazırlayıb


Yaponiyanın rabitə operatoru “NTT DoCoMo” və “Fujitsu” şirkəti ikitərəfli şəffaf “OLED” ekranlı smartfonun prototipini nümayiş etdirib. Qurğunun orijinal interfeysi toxunuşa hər iki tərəfdən dərhal cavab verməklə telefonun funksional imkanlarını genişləndirir.

“İCTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, bir müddət əvvəl “NTT DoCoMo” nümayəndələri displeyin işini nümayiş etdirmişdilər və indi “Fujitsu” onun əsasında işləyən telefonu göstərir.

 Aparat tərtibatçıları qeyd edirlər ki, təqdim edilən yeni qurğu bir neçə əsas parametrlərinə görə hələ ki müasir tələblərə cavab vermir. Belə ki, displeyin diaqonalı 6 sm, təsvir ölçüsü 320x240 piksel təşkil edir. Lakin gələcək versiyalarda yaponlar qurğunun xüsusiyyətlərini təkmilləşdirməyi planlaşdırırlar.

Bununla belə, RBK-nın məlumatına görə, nümayiş olunan prototip eyni vaxtda bir neçə vəzifəni həll etməyə imkan verir. Məsələn, təsvir edilən rubikin kvadratını yığmaqla displeyin bir tərəfindən virtual obyekti tutmaq, digər tərəfindən onun dərəcələrini fırlatmaq mümkündür.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL