waplog

“Apple” korporasiyası "makbuk"un görünüşünü patentləyib


"Apple" korporasiyası ultranazik "MacBook Air" noutbukunun görünüşünü patentləyib."İCTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Apple"-ın iyunun 5-də aldığı patent hansısa "elektron qurğu"nun görünüşünü təsvir edir.

Mətndə qurğunun adı barədə birbaşa xatırlatma yoxdur, lakin şəkillərə əsaslanaraq söhbətin məhz "MacBook Air" noutbukları haqqında getdiyini fərz etmək olar.

Məlumat üçün bildirim ki, "Apple" korporasiyası 2011-ci il iyulun 1-də patent üçün ərizə vermişdi. Patent verilmə anından 14 il ərzində qüvvədə olacaq.




 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL