waplog

“Microsoft” şirkətinin təşkilatçılığı ilə keçirilən ənənəvi konfrans baş tutub


“Microsoft” şirkətinin təşkilatçılığı ilə keçirilən “Worldwide Partner” konfransını korporasiyanın hazırkı rəhbəri Stiv Balmer açıb. Cənab Balmer bildirib ki, stolüstü “Windows 7” əməliyyat sistemi demək olar ki, 400 milyon dəfə alınıb.
“Microsoft” son 12 ay ərzində məhz bu sayda lisenziya açarı reallaşdırıb. Təbii ki, “Windows 7” satışları hələ tamamlanmamış 2 il ərzində çox yüksəkdir. Stiv Balmer əlavə edib ki, 400 milyon lisenziya — bu, rəqabətdə olan əməliyyat sistemi satışları bazarında digər sistemləri bir neçə dəfə üstələyir. “Microsoft” rəhbəri rəqib əməliyyat sistemlərinin adını dəqiqləşdirməyib, yalnız onun satılmış surətlərinin sayının 20 milyon olduğunu bildirib. “slashgear.com” jurnalistləri güman edirlər ki, cənab Balmer “Apple Mac OS” əməliyyat sisteminə işarə edib.
“Microsoft” korporasiyasının rəhbəri şirkətin digər məhsullarının uğurlarından - yaxın vaxtlarda “Facebook” sosial şəbəkə APİ-si ilə inteqrasiya olunan “Bing” axtarış xidməti, “Xbox 360” oyun konsolu və hazırlanan “Windows 8” əməliyyat sistemi haqqında da danışıb. Lakin Stiv Balmer bütün bunlara səthi toxunub. Onun giriş nitqinin əsas hissəsi məhz “Windows 7” və onun mobil versiyası “Windows Phone 7”-yə həsr edilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL