waplog

İngiltərə otelində adi Bibliyaları elektron Bibliyalar əvəz edib


The Telegraph xəbər verir ki, Nyukaslda (İngiltərə) yerləşən Hotel Indigo mehmanxanasında adətən hər bir otaqda qoyulmuş adi Bibliyaları Müqəddəs kitabın elektron versiyalarının olduğu Kindle qacetləri əvəz edib.
 İndi mehmanxanada qalanlar elektron kitaba digər dini xarakterli əsərlər də yükləyə biləcəklər, bu şərtlə ki, internet-mağazada onların qiyməti beş Britaniya funtundan çox olmasın.

Bundan başqa, Kindledə oxumaq üçün bədii əsərlər də almaq mümkün olacaq.Indigo mehmanxanasının müdiri Adam Mandey qeyd etmişdir ki, Londonun hüdudlarından kənarda Britaniyanın 150 min cilddən çox kitabı olan Britaniya müstəqil kitabxanası ilə qonşuluq otel rəhbərliyini belə ideyaya ruhlandırıb.

Elektron kitablar iyulun 2-dən 16-dək mehmanxana otaqlarında olacaqdır, eksperimentə başqa otellərin nümayəndələri nəzarət edəcəklər.
İyulun ortalarında Indigo rəhbərliyi bu sxemi şəbəkənin 44 mehmanxanasında yayıb-yaymamaq barədə qərar verəcəkdir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL