waplog

“Nexus 7” planşetlərinin birinci partiyası 2 gün ərzində satılıb


Amerikanın pərakəndə mağazaları “Nexus 7” planşet kompyuterlərinin birinci partiyasını demək olar ki tamamilə satıb.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, qurğu ABŞ-da ötən həftənin cümə günü, iyulun 13-də satışa çıxarılıb, lakin mağazalar ilkin sifarişləri bir neçə gün əvvəldən qəbul etməyə başlamışdılar.

Qurğunun yeni partiyası mağazalara avqustun əvvəlində gətiriləcək. Amerikalılar əvvəlki kimi “Nexus 7” planşetini “Google”  saytı vasitəsilə sifariş edə bilərlər.

Məlumat üçün bildirək ki, “Google” şirkəti “Nexus 7” planşetini iyunun sonunda təqdim edib. O, dördnüvəli prosessora və 7 düymlü diaqonala malik displey ilə təchiz olunub. Aparata “Android 4.1” platforması quraşdırılıb və bu əməliyyat sistemi ilə işləyən birinci qurğudur.

Alıcıların planşetə marağı əsasən onun qiymətilə bağlıdır; 8 QB  yaddaş ilə təchiz olunmuş planşetin qiyməti 199 dollar, 16 QB yaddaş ilə olan modelin qiyməti isə 249 dollar təşkil edir.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL