waplog

"Avatar" filmindəki qrafika ilə təchiz edilmiş oyun


Növbəti nəsil ”Xbox” konsolu haqqında indiyə qədər heç bir rəsmi informasiya yox idi. Yalnız “Microsoft”un AMD ilə əməkdaşlığa davam edəcəyi ilə bağlı şayiələr var idi. AMD nümayəndəsi Nil Robison “Xbox 720” şərti adı ilə məlum olan gələcək “Xbox”-un bəzi imkanlarından danışıb.
Onun sözlərinə görə, konsol qrafikanın detallaşdırma səviyyəsini Ceyms Kemeronun "Avatar" filmi səviyyəsində təmin edə biləcək. Oyun personajlarının süni intellekti də yeni səviyyədə olacaq. Nil Robison “Xbox 720” konsolunun məhz AMD platformasında quraşdırılacağını birbaşa təsdiq etməyib. Yeni nəsil konsolun istehsalı 2014 və ya 2015-ci ildə gözlənilir.


www.onliner.by

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL