waplog

Azərbaycanın dövlət rabitə operatorları "Teleradio"nun platformasında İP TV xidmətlərini işə salır


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) "Aztelekom" və "Bakı Telefon Rabitəsi" dövlət rabitə operatorlarının şəbəkəsində İP TV formatında siqnalların ötürülməsinə başlayıb.

Operatorların şəbəkəsində ötürücü telekanalların sayı 100 ədəddir ki, bu da Bakıda İB tərəfindən quraşdırılan baza stansiyasının buraxılış qabiliyyətinin müasirləşdirilməsi sayəsində mümkün olub.

Daha əvvəl Azərbaycanın dövlət rabitə operatorları İP TV şəbəkəsində yenidən translyasiya üçün populyar televiziya kanallarının siyahısını "Teleradio"ya təqdim etmişdi.

"Teleradio" operator şəbəkələrində yenidən translyasiyaya görə rəsmi hüquqların əldə edilməsi üçün bu kanalların sahibləri ilə artıq danışıqlara başlayıb.Operator şəbəkələrində "Video on Demand" (sifariş üzrə video), interaktiv televiziya, HD formatında kanalların yayımlanması və s. mümkün olacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL