waplog

“Sazz 4G”-nin şəbəkəsində təkmilləşdirmə işləri aparılıb


"Sazz 4G İnternet" şirkəti şəbəkədə bir sıra təkmilləşdirmə məqsədli texniki işlər həyata keçirib. "ICTnews" elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, görülmüş tədbirlər şəbəkədə siqnalın keyfiyyətinin artırılması ilə nəticələnib.

Bu səbəbdən "İX350 WiMax Wi-Fi" mərkəzi, "İX 320P" və "İX320P-5-01",  həmçinin "MF-10" routerinin ayarlarında bəzi dəyişikliklər edilməsinə ehtiyac yaranır.

Bu halda abunəçilər şirkətin saytında yerləşdirilən "şəbəkədəki texniki təkmilləşdirmədən sonra modemlərin ayarlanması" məlumatına daxil olub təsvirlərlə göstərilmiş ardıcıllığa riayət etməlidirlər. Qeyd edək ki, modemdə vəziyyət təsvirdə göstərilən kimi olduğu təqdirdə dəyişikliyə ehtiyac yoxdur. 





CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL