waplog

“IBM” hesabat verib


“IBM” korporasiyası rüblük hesabatını dərc edib. Korporasiyadan verilən məlumata əsasən, cari ilin üçüncü rübündə göstəricilərə mənfi makroiqtisadi komponentlər və korporativ bazarlarda sifariş həcminin azalması öz təsirini göstərib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin üçüncü rübündə “IBM”-in mədaxili 5.4 faiz azalaraq 24.7 milyard dollar təşkil edib. Əməliyyat mənfəəti isə 4.2 milyard dollara bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur.

Hesabat rübündə şirkətin xalis mənfəəti 3,82 milyard dollar təşkil edib. “IBM”-in maliyyə direktoru Mark Lonqric bildirib ki, cari  rübdə xüsusilə Amerika bazarında göstəricilər aşağı olub. Bununla bərabər üçüncü rübdə Amerika dollarının kursu güclənib və bu, “IBM”-in dollara çevrilən mənfəətinin bir hissəsini avtomatik olaraq “yeyib”.



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL