waplog

Yaponlar smartfon və planşetlərdən böyük ekran yaradıblar (VİDEO)


Tokio Texnologiya Universitetində çalışan alimlərin təqdim etdikləri texnologiya bir neçə sensor qurğudan (məsələn, planşet və smartfon) vahid ekran yaratmağa imkan verir.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, texnologiya iki qurğunun ekranını birləşdirmək üçün istifadə olunan barmaq jestinə əsasən “Pinch” (çimdik)  adlandırılıb. Aparatları bir-birinə yaxın yerləşdirmək, baş barmağı bir aparatın ekranına, şəhadət barmağı isə digərinin ekranına toxundurmaq, bundan sonra həmin barmaqları bir-birinə çatmaq lazımdır.

Əlaqə yarandıqdan sonra iki ekran bir təsviri əks etdirəcək. Təsvirin bir hissəsi bir aparatın, o biri hissəsi isə digər aparatın ekranında görsənir. Qurğular öz aralarında təsvirin hansı hissəsini “Wi-Fi” vasitəsilə əks etdirəcəyi barədə “razılığa” gəlirlər.

Aparatları həm üfüqi, həm də şaquli istiqamətdə birləşdirmək olar. Vahid ekranı yaradan qurğuların ekranları müxtəlif ölçülü ola bilər. Vahid ekranı yaratmaq iki və daha çox aparatdan istifadə etmək olar.
 


 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL