waplog

"Enigma" maşını hərraca çıxarılacaq


"Enigma" şifrələmə maşını "Bonhams" hərracına çıxarılıb. Bu maşınlar İkinci Dünya müharibəsində alman hakimiyyəti tərəfindən məxfi məlumatların şifrələnməsi və deşifrələnməsində istifadə olunub. Hərraca çıxarılmış nüsxə 1941-ci ildə istehsal edilib və işlək vəziyyətdədir.

Onun təxmini qiyməti 40-60 min Britaniya funtu dəyərindədir. Hərrac noyabrın 14-də Naytsbric şəhərində keçiriləcək. "Bonhams" hərrac evinin əməkdaşı bildirib ki, hərraca çıxarılmış nüsxənin dəyəri onun konstruksiyasında heç bir dəyişikliyin olmamasındadır.

Müttəfiqlər müharibənin sonunda "Enigma" maşınlarının əksəriyyətini qənimət kimi aparmış və sonralar onlara müasir detallar əlavə etmişdilər. "Eniqma" şifrələmə maşınının daha bir nüsxəsi 2010-cu ildə hərracda satılmışdı. Maşının bərpa edilməsinə və müasir "qida" mənbəyi ilə təchiz edilməsinə baxmayaraq, onun üçün 67250 funt təklif etmişdilər.

Xatırladaq ki, "Eniqma" maşınını Birinci Dünya müharibəsinin sonunda almaniyalı mühəndis Artur Şerbius (Arthur Scherbius) layihələşdirib. Aparatlar 1920-ci illərin əvvəllərində satışa çıxarılmışdı. Sonralar alman ordusu "Eniqma" maşınının dəyilmiş versiyasını istehsal etmişdi. "Eniqma"nın şifrini britaniyalı riyaziyyatçı Alan Türinqin (Alan Turing) iştirakı ilə yaradılmış "Bomba" maşını vasitəsilə "sındırmaq" mümkün oldu. EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL