waplog

Ekologiya İdarəsində atmosferə atılmaların azaldılması ilə bağlı məlumat bazası yaradılır


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2010-cu ildə qəbul olunmuş “ARDNŞ-də iqlim dəyişmələrinə təsirin yumşaldılması strategiyası”nın icra vəziyyətini qiymətləndirmək məqsədilə  Ekologiya İdarəsində atmosferə atılmaların azaldılmasını özündə əks etdirən məlumat bazasının yaradılmasına başlanılıb.

“ICTnews” elektron xəbər xidmətinin Ekologiya İdarəsinə istinadən verdiyi məlumata görə,  bazaya 2009-cu ildən başlayaraq bu günə qədər ARDNŞ-nin struktur bölmələri, əməliyyat şirkətləri və birgə müəssisələr tərəfindən enerji səmərəli, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrindən istifadə tədbirlərinin həyata keçirilməsi nəticəsində atmosferə atılan istilik effekti yaradan qazların və zərərli maddələrin azaldılması hesablanaraq bazaya daxil ediləcək.

Bununla da strategiyada 2020-ci ilə qədər müvafiq struktur bölmələrində planlaşdırılan tədbirlər nəticəsində yaranan azalmaların ssenarilərdə göstərilən dinamika ilə real nəticələrinin müqayisəli təhlili aparılacaq. Bu da öz növbəsində strategiyada nəzərdə tutulan layihələrin həyata keçirilməsinə yardım edəcək. 

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL