waplog

“Ölkəmizin 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının əsas məqsədləri informasiya cəmiyyətinə keçidi nəzərdə tutur”


“Ölkəmizin 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının əsas məqsədləri informasiya cəmiyyətinə keçidi nəzərdə tutur”.  Bu sözləri açıqlamasında Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadi Təhlil və Qlobal Məsələlər üzrə şöbəsinin müdiri Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, informasiya mühitinin yaradılması iqtisadiyyatın səmərəli fəaliyyətini təmin edəcək. Hesablamalar göstərir ki, təkcə üç süni peykin buraxılması Azərbaycana əhəmiyyətli gəliri təmin edəcək. Konsepsiya çərçivəsində ictimai həyatın müxtəlif sahələrinin kompüterləşdirilməsi, informatizasiyası və elektronlaşdırılması davam etdiriləcək.

“Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin proqnozlarına əsasən, 2020-ci ilə qədər ümumdaxili məhsulda İKT-nin payı hazırkı 2,5%-dən 10%-ə qədər yüksələcək. Bu məqsədlərə nail olmaq üçün İKT sektoruna sərmayə qoyuluşu 7 mlrd. dollardan yuxarı olacaq”- deyə o söyləyib.



RƏVAN



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL