waplog

BDU-nun Elektron məlumat bazası təqdim ediləcək


14 dekabr 2012-ci il tarixində saat 11:00-da Milli Kitabxanada BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin 50 illik yubileyinə həsr olunmuş "İnformasiyalı cəmiyyət üçün yüksəkixtisaslı kitabxanaçı kadrların hazırlanmasına doğru" mövzusunda elmi konfrans keçiriləcək.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Milli Kitabxanadan məlumat verilib. Kitabxanadan bildirilib ki, konfransda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti və Milli Kitabxananın kollektivi iştirak edəcək.

Tədbirdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin 50 illik yubileyi münasibətilə Milli Kitabxana tərəfindən hazırlanmış Elektron məlumat bazası təqdim ediləcək.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL