waplog

Geologiya İnstitutunda “3D” modelləşdirilməsi üzrə tədqiqatlar aparmaq üçün rəqəmsal proqram təminatı tədris olunur


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda Şotlandiyanın "Midland Valley" şirkətinin "MOVE" rəqəmsal proqram təminatı tədris olunur.

İsveçrənin Friburq Universitetinin dəstəyi ilə təşkil olunmuş kursu Niderlandın "4D GEO" Struktur geologiya üzrə məsləhət və təlim şirkətinin rəhbəri, fəlsəfə doktoru Armelle Klapanburq aparır. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Geologiya İnstitutunun Mətbuat xidmətindən məlumat verilib.

İnstitutdan bildirilib ki, proqram yer elmlərinin müxtəlif sahələrində "3D" modelləşdirilməsi üzrə tədqiqatlar aparmaq üçün istifadə oluna bilər. Onun vasitəsi ilə yerin dərinliklərini təsvir edən xəritələri və profilləri rəqəmsallaşdırmaq mümkündür. Kurs institutun Geotektonika və regional geologiya şöbəsinin təşəbbüsü ilə həyata keçirilib.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL