waplog

Azərbaycan ərazisinin ekologiyası ilə bağlı elektron xəritə yaradılıb


Beynəlxalq Ekoenergetika Akademiyası Azərbaycanda çirklənmiş torpaqların elektron xəritəsini yaradıb. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə adıçəkilən akademiyanın prezidenti, professor Fəqan Əliyev məlumat verib.

Onun sözlərinə görə, elektron xəritə ev tikmək istəyənlər, iş qurmaq arzusunda olanlar və digər maraqlı şəxslər üçün əlverişli informasiya mənbəyi xarakteri daşıyır: «Əgər kimsə ev tikmək istəyirsə, elektron xəritəyə baxaraq həmin ərazinin torpaq qatının vəziyyətini öyrənə bilər. Biz bu xəritədə 16 növdə çirklənmə növü ilə bağlı məlumat yerləşdirmişik.

Şəxs gördükdə ki, onun ev tikmək istədiyi ərazi çirklənib, onda bu fikrindən vaz keçəcək. Bəzən insanlar yerin altında hansı çirklənmənin olduğunu bilmirlər. Və ya hansı ərazilərdə qrunt suları torpaq səthinə daha yaxındır, bunlar haqqında məlumat əldə edə bilmirlər.

Lakin elektron xəritə vasitəsi ilə tam informasiya əldə edə biləcəklər. Hətta hansı ərazilərdə qaz xətti, yüksəkgərginlikli elektrik dirəkləri və sairə barəsində məlumat toplamaq mümkündür. Bu gün xarici sərmayədarlar bizim ölkəyə sərmayə qoymaq istəyirlər. Onlar bu xəritə vasitəsi ilə biləcəklər ki, hansı ərazilərdə iş görmək mümkündür. Məsələn, Azərbaycanın hər hansı bir rayonunda torpağın çirklənmə səviyyəsi necədir, burada küləyin sürəti nə qədərdir, günəşin təsiri hansı səviyyədədir, Su Elektrik Stansiyası, çay varmı və sairə barədə suallara cavab tapacaqlar».

Bu gün informasiya texnologiyalarsız ötüşməyin mümkünsüz olduğunu vurğulayan F.Əliyev dünya elminin də İKT ilə birlikdə inkişaf etdiyini söyləyib: «Hazırda elm İKT ilə, İKT də elmlə inkişaf edir. Bunları bir-birindən ayrı təsəvvür etmək artıq qeyri-mümkündür».

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL