waplog

“RIM” şirkəti “BlackBerry 10” qurğularını sınaqdan keçirir


"Research In Motion" (RIM) şirkətinin baş direktoru Torsten Heyns bildirib ki, o, yeni "BlackBerry 10" (BB10) platformasının uğur əldə edəcəyinə əmindir.

Onun sözlərinə görə, "RIM" şirkəti "BB10" platforması ilə iş üçün smartfon, server və digər avadanlıqların sınaq nümunələrini təxminən 150 mobil operatora göndərib. Onlar hazırda "BB10" platformasını sınaqdan keçirir və 2013-cü il yanvarın sonunda "RIM" şirkəti "BlackBerry 10" platformasını bazara çıxardıqda mobil operatorlar müştərilərə müvafiq məhsullar təklif etməyə hazır olacaq.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, hazırda təxminən 120 mobil operator "BlackBerry Enterprise Service 10" xidmətini sınaqdan keçirir. Heyns bildirib ki, mobil operatorların ilk rəyi müsbət olub.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL