waplog

Təhlükəsiz qapılar (VİDEO)


Dünya mütəxəssisləri təhlükəsizlik üsullarının təkmilləşdirilməsi üzərində çalışır və bu başadüşüləndir. Bu istiqamətdə hazırlanmış ən yeni ixtiralardan biri ictimaiyyətə təqdim edilib. İxtira "Linear Revolving Door" adlanır. Bu qapılar silahlı insanı binanın içərisinə buraxmayacaq.

"ICTnews.az" elektron xəbər xidməti "gizmonews.ru" saytına istinadən bildirir ki, "Barbecan Security Systems" şirkəti ixtiranı patentləyib. Bu, əslində qapı yox, binaya girişin qarşısında yerləşən bir neçə dəhlizdən ibarətdir. Dəhlizlər iki keçidə (ön və çıxış hissə) malikdir. Dəhlizdəki iki qapı arasında müəyyən məsafə saxlanılıb. Həmin məsafədə datçiklər insanı skan edir.

Əgər datçiklər nəsə aşkar etsə, o zaman qapılar insanı itələyərək geri çıxardır. Bütün bu prosesi aşağıdakı çarxda izləmək olar:

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL