waplog

Böyük Britaniyada yeni mobil ödəniş xidməti istifadəyə veriləcək


2014-cü ildə britaniyalı istifadəçilər işə salınacaq yeni mobil xidmət vasitəsilə bir-birinin hesabına "SMS" mesajlarla pul köçürə biləcək. İstifadəçilər pulu bir hesabdan digərinə köçürmək üçün sadəcə bir-birinin telefon nömrəsini bilməlidirlər.

"ICTnews.az" elektron xəbər xidməti "ictnews.az" saytına istinadən bildirir ki, hazırda xidmətin yaradıcıları iş prosesinin xüsusiyyətlərini müzakirə edirlər. Britaniya mətbuatının yazdığına əsasən, hazırda bu xidməti artıq Britaniyanın 8 əsas bankı dəstəkləyib, hazırda mobil operatorlar xidmətin istifadəyə verilməsi üçün texniki aspektlər üzərində çalışırlar.

Hazırda Böyük Britaniyada "ağıllı" telefon sahibləri artıq mobil qurğular vasitəsilə müxtəlif mobil bank əməliyyatlarını həyata keçirə bilərlər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL