waplog

Qətərin "Vodafone Qatar" şirkəti Azərbaycanın işğal olunan ərazilərində fəaliyyətini tam dayandırdı


Qətərin "Vodafone Qatar" mobil operatorunun Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz fəaliyyət göstərən "Karabakh Telekom" şirkəti ilə rouminq müqaviləsinin olduğu müəyyən olunub.

Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Xarici İşlər Nazirliyinin mətbuait xidmətindən məlumat venrilib. Məlumatda bildirilir ki, Azərbaycanın Qətər dövlətindəki səfirliyi tərəfindən bu ölkənin Xarici İşlər Nazirliyi və İnformasiya və Kommunikasiya Texnologiyaları Ali Şurası qarşısında məsələ qaldırılıb və rouminq müqaviləsinin ləğvi istənilib.

Həmçinin, səfirlik "Vodafone Qatar" şirkətinin nümayəndələri ilə görüş keçirib, Ermənistanın Azərbaycana qarşı təcavüzü, münaqişənin doğurduğu nəticələr, işğal faktı haqqında məlumat verib. Həyata keçirilmiş tədbirlər və göstərilən səylər nəticəsində "Vodafone Qatar" şirkətinin rəhbərliyi "Karabakh Telekom" şirkəti ilə rouminq müqaviləsinin 2012-ci ilin oktyabr ayından etibarən ləğv edildiyini təsdiqləyib.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL