waplog

O “iPad” kölgədə qoymağa çalışır, amma..


“Nexus 7” planşetinin qiymətinin 200 dollar olmasına baxmayaraq, onun içliyi kifayət qədər güclüdür. Qurğunun ekranı keyfiyyətli olsa da, lakin o, əlbəttə ki “iPad 4”-ün “Retina” displeyi ilə müqayisə edilə bilməz.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, bu vəziyyət yaxın gələcəkdə dəyişə bilər. Belə ki, “Google” və “Asus” şirkətləri "quqlplanşet"in növbəti versiyası üzərində işləyirlər.

Tayvanın “DigiTimes” nəşri yazır ki, “Nexus 7”-in ikinci nəsli 1920x1080 piksel təsvir ölçüsündə 7 düymlü ekranla təchiz ediləcək. Nöqtələrin 1 düymə düşən sıxlığı 315 piksel təşkil edəcək. Qurğunun içliyi haqqında hələ ki informasiya yoxdur. Jurnalistlərin fikrincə, planşetin “ürəyi” güclü “NVIDIA Tegra 4” prosessoru ola bilər.

Ehtimal edilir ki, qurğunun qiyməti, əvvəlki kimi saxlanılacaq. Məlumata əsasən, “Google” şirkəti yeni planşetini mayda təqdim edəcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL