waplog

“Vilnius Book Fair-2013”-də multimedia və elektron kitab nəşriyyatı xidmətləri təqdim olunacaq


21-24 fevral tarixlərində Litva Respublikasında "Vilnius Book Fair-2013" adlı sərgi-konfrans keçiriləcək. Tədbirdə multimedia və elektron kitab nəşriyyatı, maqnitofon və video lentləri, televiziya, radioya aid mal və xidmətlər nümayiş etdiriləcək.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. AZPROMO-dan bildirilib ki, sərgi-konfransda nümayiş olunacaq xidmətlərə ən son nəşr olunmuş kitablar, müxtəlif sahələrə aid kitablar və digər tədris məhsulları daxildir:

"Burada bədii ədəbiyyat, xarici ədəbiyyat, xüsusi nəşrlər, uşaq və gənclər üçün kitablar, ensiklopediyalar, lüğətlər, dərsliklər, dini ədəbiyyat, qəzet və jurnallar, incəsənətə aid albomlar, kitab illüstrasiyaları, açıqcalar, təqvimlər, milli və kollektiv stendlərin nümayişi nəzərdə tutulur. Tədbirə azərbaycanlı iş adamları da qatıla bilərlər".

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL