waplog

Peyk Geodeziya Şəbəkəsinin idarə edilməsi mərkəzi sınaq rejimində çalışır


2012-ci ildə Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən "Daşınmaz Əmlakın Qeydiyyatı" layihəsi üzrə müvafiq işlər davam etdirilib.

Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin texniki dəstəyi ilə və nəzarəti altında ölkə ərazisində Daimi Fəaliyyət Göstərən Peyk Geodeziya Şəbəkəsinin qurulması işləri tamamlanıb. Respublikamızın xüsusi seçilmiş yerində 37 ədəd Peyk Geodeziya stansiyaları qurulub.

Hal-hazırda həmin stansiyalarda test ölçülər aparılır. Əldə edilən nəticələr göstərir ki, şəbəkə vasitəsilə alınan ölçülərin dəqiqliyi 1-2 sm-dir.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən (DTXK) məlumat verilib. Komitədən bildirilib ki, şəbəkənin idarə edilməsi mərkəzi komitənin Dövlət Aerogeodeziya Müəssisəsində qurularaq sınaq rejimində çalışır: "2012-ci ildən Peyk Geodeziya Şəbəkəsi istifadə olunmaqdadır".

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL