waplog

“Google” şirkəti Çinin “ağıllı” telefon bazarının böyük hissəsinə nəzarət edir


Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumata əsasən, "Google" korporasiyası Çin bazarında "ağıllı" telefon sənayesi üzərində kifayət qədər böyük təsirə malikdir.

"ICTnews.az" elektron xəbər xidməti "rbc.ru" saytına istinadən bildirir ki, nazirliyin tədqiqat bölməsinin dərc etdiyi hesabata əsasən, "Google" şirkəti "Android" mobil əməliyyat sistemi sayəsində Çin bazarında çox güclü mövqeyə malikdir.

Bundan başqa, nazirlik bildirir ki, Çin öz mobil əməliyyat sistemini yarada bilər. "Ölkəmizdə mobil əməliyyat sistemləri sahəsi üzrə tədqiqat və həllər "Android" platformasından çox asılıdır, – nazirlik qeyd edib. "Android" mobil əməliyyat hər yerdə istifadə olunana kimi "Google" əsas texnologiya və onların inkişafına nəzarət edəcək. "Google" şirkətinin Çindəki nümayəndəsi bu məsələyə münasibət bildirməkdən imtina edib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL