waplog

“StartUp Azərbaycan” layihəsi çərçivəsində ilk konfrans apreldə keçiriləcək


"StartUp Azərbaycan" tərəfindən aprelin əvvəlində "İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları" mövzusunda konfransın keçirilməsi nəzərdə tutulub.

Layihənin təşkilat komitəsindən verilən məlumata əsasən, konfransın məqsədi ölkədə milli startupların mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı peşəkarların və ekspertlərin iştirakı ilə müzakirələr aparmaqdır.

Tədbirdə "StartUp Azərbaycan" layihəsinin təqdimatı, həmçinin milli startupların inkişafını ləngidən problemlərin səbəbləri və onların aradan qaldırılması məsələləri dövlət, özəl və vətəndaş cəmiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə müzakirə ediləcək.

"StartUp Azərbaycan" layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, "Bakcell", "Microsoft", "İnfi Pro" şirkətlərinin sponsorluğu ilə həyata keçirilir.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL