waplog

Robot günəş panellərini çirkdən təmizləyəcək


Yaponiyanın “Miraikikai” şirkətinin mütəxəssisləri günəş panellərinin çirkdən təmizlənməsi üçün nəzərdə tutulmuş robot prototipini nümayiş etdiriblər. Sərbəst hərəkət edən qurğu təmizlənmə prosesi üçün suya ehtiyac duymur. Şirkət gələn il modeli bazara çıxarmağı planlaşdırır.

“ICTnews.az” elektron xəbər xidməti “zhelezyaka.com” saytına istinadən bildirir ki, “Miraikikai” şirkətinin nümayəndələrinin sözlərinə görə, toza görə günəş panellərinin effektivliyi 10% azalır. Panellərin əl üslubu ilə təmizlənməsi zəhmət tələb edən işdir.

Bundan başqa, bəzən günəş panellərinin yerləşmə özəlliyinə görə onları təmizləmək çətinləşir. Robot fırlanan fırça ilə təchiz edilib və o, panelin səthini sudan istifadə etmədən təmizləyir. Robot prototipin ölçüləri 72x43x22 santimetrdir. Onun çəkisi 11 kiloqramdır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL