waplog

Yeni yaradılmış Qlobal İnfrastruktur Fondu telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərə investisiya yatıracaq


Dövlət Neft Fondu (DNF) Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və digər suveren və təqaüd fondları ilə birgə yeni yaradılmış Beynəlxalq Maliyyə Korporasiyasının Qlobal İnfrastruktur Fonduna sərmayə yatırmağa başlayıb. Sözügedən fond sərmayəçilərə inkişaf etməkdə olan bazarlarda infrastruktur layihələrinə və infrastruktur sahəsində fəaliyyət göstərən şirkətlərə investisiya yatırımları etmək üçün nəzərdə tutulub.

"ICTnews" elektron xəbər xidmətinə DNF-dən bildirilib ki, BMK-nın Aktivlərin idarə edilməsi şirkəti tərəfindən idarə ediləcək Qlobal İnfrastruktur Fondu telekommunikasiya, enerji, nəqliyyat, kommunal xidmətlər, şəhər infrastrukturu və infrastruktur xidməti sahəsində fəaliyyət göstərən şirkətlərə investisiya yatırımına imkan verəcək. İlkin tranşda BMK-nın Qlobal İnfrastruktur Fondu 500 milyon ABŞ dolları məbləğində vəsaiti idarə edəcək ki, bu vəsaitin də 150 milyon ABŞ dollarının DNF tərəfindən ayrılması nəzərdə tutulur və fond son tranşa qədər yatırımlarını 200 milyon ABŞ dollarına çatdırmağı planlaşdırır.

Qeyd edək ki, DNF 2010-cu ildə BMK-nın Aktivlərin idarə edilməsi şirkəti tərəfindən idarə edilən Afrika, Latın Amerikası və Karib Fonduna 100 milyon ABŞ dolları və 2012-ci ildə BMK-nın Katalizator Fonduna 50 milyon ABŞ dolları məbləğində sərmayə yatırıb.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL