waplog

Larri Ellison öz malikanəsini satır


"Oracle"-ın baş direktoru Larri Ellison Nevada ştatındakı Taxo gölünün sahilində yerləşən malikanəsini satışa çıxarıb.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "Oracle" şirkətinin banisi və cari icraçı direktoru Nevade ştatındakı Taxo gölünün şərq sahilində yerləşən və artıq satışa çıxardığı "Glenbrook" malikanəsinə 28,5 milyon dollar qiymət müəyyənləşdirib.

"Chase International Real Estate" adlanan daşınmaz agentliyin əməkdaşı Cenni Feyrçayld deyir ki, "Glenbrook" malikanəsinin satışa çıxarılması maliyyə səbəbi ilə bağlı deyil. Onun sözlərinə görə, "Oracle"-ın baş direktoru eyniadlı gölün şimal sahilində yeni ev tikdirir və onun sürətlə başa çatdırılması üçün gölün sahilində yerləşən "Glenbrook" malikanəsi satışa çıxarılacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL