waplog

TQDK: “İnternetlə ərizə qəbulu mayın 15-də başa çatır


2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu mayın 15-də başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, göstərilən vaxta qədər abituriyentin “Elektron ərizə”si doldurulmalı və mayın 17-dək mütləq təsdiq olunmalıdır. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, bu gün saat 10:00-a olan məlumata əsasən 86900 abituriyent internetlə “Elektron ərizə“ doldurub, onlardan 78616 nəfərinin ərizəsi müvafiq qaydada təsdiq olunub.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL