Everest dağının zirvəsindən ilk videozəng həyata keçirilib (VİDEO)
Böyük Britaniya alpinisti Everest dağının zirvəsindən ilk videozəng həyata keçirib. Deniyel Hyuz smartfonu ilə “BBC”-nin studiyasına zəng vurub.
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, videozəng seansı üç dəqiqə davam edib. "Bu, dünyanın ən hündür zirvəsindən həyata keçirilmiş ilk videozəngdir" – deyə alpinist qürrələnib.
Hyuz zəng etmək üçün xüsusi terminalla qoşulduğu peyk internetindən istifadə edib.