waplog

“Nar Mobile” təyyarələrdə mobil telefon danışığı xidmətini genişləndirib


Uçuş zamanı təyyarələrdə mobil telefondan istifadənin genişləndirilməsi istiqamətində Azərbaycanda da ölkənin mobil operatorları tərəfindən bir sıra işlər görülüb. Artıq “Nar Mobile” abunəçiləri uçuş zamanı AZAL-a məxsus təyyarələrdə tam mobil rabitədən yararlana bilirlər.

“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, ölkənin sürətlə inkişaf edən mobil operatoru olan “Azerfon” (Nar Mobile), “On Air” layihəsi çərçivəsində uçuş zamanı təyyarənin göyərtəsində mobil rabitəni təmin edən xüsusi avadanlıqla təchiz olunan təyyarələrin sayı 7-yə çatıb.

Bununla da daha çox “Nar Mobile” abunəçisinə uçuş zamanı tam mobil rabitə xidmətlərindən istifadə etmək imkanı yaradılıb.

Belə ki, AZAL təyyarələri ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində quraşdırılmış “Nar Mobile” şəbəkəsindən istifadə etməklə, öz mobil telefonlarından zəng etmək və zəngləri qəbul etmək, SMS-xəbərlər göndərmək və veb-saytları nəzərdən keçirmək imkanına malikdirlər.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL