waplog

“LG” şirkəti ağ rəngli “Nexus 4” smartfonunu təqdim edib


“LG” şirkəti “Android” platforması ilə işləyən ağ rəngli “Nexus 4” smartfonunu təqdim edib. Qeyd edək ki, aparatın ön hissəsinin rəngi əvvəlki tək qaradır, yalnız arxa qapağın rəngi ağdır. Texniki xüsusiyyətlərə gəlincə, “Nexus 4” smartfonunun yeni variantı orijinaldan fərqlənmir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, ağ rəngli “Nexus 4” smartfonunun satışlarına bu gün başlanılacaq. İlk olaraq Honkonq sakinləri sözügedən smartfonu satın ala biləcəklər.

Qarşıdakı həftələr ərzində smartfon Asiya, Avropa, Şimali Amerika və Orta Şərq ölkələrində satışa çıxarılacaq.

Xatırladaq ki, “Nexus 4” smartfonu 1280×768 piksel təsvir ölçülü 4,7 düymlü ekran, 1.5 QHs takt tezlikli dördnüvəli “Qualcomm APQ8064” prosessoru, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz edilib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL