waplog

NATO və tərəfdaş ölkələr üçün rabitə və informasiya sistemləri üzrə tanışlıq kursu keçiriləcək


NATO və tərəfdaş ölkələr üçün NATO rabitə və informasiya sistemləri üzrə tanışlıq kursu keçiriləcək. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev məlumat verib.

O bildirib ki, tədbir gələn ayın 14-də reallaşacaq. T.Abdullayev əlavə edib ki, bundan savayı Azərbaycanda Mətbuat və İnformasiya işi üzrə ekspert danışıqları aparılacaq. Onun sözlərinə görə, danışıqlar Azərbaycan-Almaniya Federativ Respublikası arasında ikitərəfli əməkdaşlıq proqramına əsasən baş tutacaq: «Danışıqlar gələn ayın 7-si Bakı şəhərində reallaşacaq».

T.Abdullayev onu da qeyd edib ki, bu ilin iyunun 7-də AFR-in Oberamer şəhərində daha bir növbəti tədbir olacaq. Onun sözlərinə görə, bu zaman adi silahlara nəzarət üzrə informasiya mübadiləsi kursu təşkil ediləcək.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL