waplog

Regionlarda multimedia taksofonları qurulması planlaşdırılır


“Aztelekom”İB regionlarda multimedia taksofonları qurmaq niyyətindədir. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə birlikdən verilən məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, birlik bununla bağlı müəyyən hesablamalar aparıb və təqribi taksofonların qurulacağı əraziləri müəyyənləşdirib. Bakıda qurulan müasir multimedia taksofonlarına bənzər olan universal tipli multimedia taksofonları həm kartla, həm də qəpiklə işləyəcək.

Birlikdən verilən məlumatda daha sonra bildirilir ki, hazırda bölgələrdə 128 taksofon fəaliyyət göstərir. Bunların 66 ədədi qəpiklə işləyən, 62 ədədi isə universal tipli taksofonlardır.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL