waplog

Yeni displey eyni anda 60-a yaxın toxunuşu tanıyır


“3M Touch Systems” şirkəti diaqonalı 46 düyüm olan unikal sensor displey haqqında məlumat verib. Korporativ istifadəçilər üçün nəzərdə tutulmuş “3MC4667PW” adlı displeyin əsas üstünlüyü 60-a yaxın toxunuşu eyni anda tanımaq qabiliyyətidir.

Həmçinin istehsalçılar potensial alıcıların diqqətini qurğunun etibarlığına yönəldiblər: onun korpusu tamamilə metalikdir, displey özü isə qalınlığı 1,9 mm olan xüsusi “kimyəvi gücləndirilmiş” şüşədən ibarətdir.

“ICTnews.az” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, yeni multisensor displeyin qiyməti hələlik məlum deyil.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL