waplog

Hər il ev heyvanları 3 milyard dollar dəyərində texnikanı korlayırlar


“SquareTrade” şirkətinin keçirdiyi tədqiqata əsasən, yalnız ABŞ-da hər il ev heyvanları təxminən 8 milyon elektron qurğunu sıradan çıxarırlar və onların təmirinə 3 milyard dollar xərclənir. Mütəxəssislərin sözlərinə görə, ev heyvanları əksər hallarda smartfonları sıradan çıxarırlar.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, zədələnmiş qurğuların 33%-ni məhz smartfonlar təşkil edir.

Şirkətdən verilmiş məlumata əsasən, ev heyvanları sahiblərinin təxminən 17%-i əmindir ki, smartfonları qisasa “qurban” gedib. Əksər hallarda erkək ev heyvanları elektron qurğulara daha çox ziyan vururlar. İtlər yığcam elektronika üçün daha çox təhlükə yaradır. Pişiklərlə müqayisədə onlardan daha çox şikayət edilir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL