waplog

DYP cərimələri bütün region poçt şöbələrində də ödənilə bilər



 "Azərpoçt" MMC-nin region poçt şöbələrində də Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən tətbiq olunan bütün cərimələrin ödənilməsi həyata keçirilə bilər. "Azərpoçt" MMC-dən verilən məlumata görə, vətəndaşların rahatlığı naminə həyata keçirilən bu əməliyyat Mərkəzi Bankının Kütləvi ödənişlər üzrə Mərkəzləşdirilmiş sistem vasitəsilə baş tutur. Qeyd edək ki, cərimə ödənilən zaman sürücülük vəsiqəsinin seriyası və nömrəsi (misal: AB346672) əməliyyatçı tərəfindən sistemə daxil edilir.

Əvvəllər bank şöbələrində cərimə ödəməyə məcbur olan sürücülər bankların filiallarının az olması səbəbindən əlavə problemlərlə üzləşirdilər. "Azərpoçt" MMC-nin isə geniş poçt şəbəkəsinə malik olması onu birincinin üstələməsinə geniş imkanlar yaradıb və bu, yol polisinin cərimələrinin ödənişində də özünü göstərir.

RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL