waplog

Süni intellekt dördyaşlı uşaq ağlındadır



İllinoys Universitetinin tədqiqatçıları dünyanın ən mükəmməl süni intellekt sisteminin “IQ” göstərisini sınaqdan keçiriblər. Məlum olub ki, süni intellekt təxminən dördyaşlı uşağın səviyyəsinə uyğun ağla malikdir.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, alimlər tez-tez süni intellekt ətrafında geniş müzakirə aparsalar da, tədqiqatçılar bu sahədə apardıqları araşdırmalar və əldə etdikləri nəticələrlə öyünsələr də, dünyanın ən mükəmməl süni intellekt sisteminin (ConceptNet 4) intellektual qabiliyyətləri olduqca aşağı olub.

İllinoys Universitetində kompüter elmləri kafedrasının rəhbəri Robert Sloan təəssüflə qeyd edib ki, "Biz əvvəlki kimi sağlam düşüncəyə malik süni sistemin yaradılmasından uzağıq".

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL