waplog

Bu gündən orta ixtisas təhsili müəssisələrinə internet vasitəsilə ərizə qəbulu başlayır



Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulu başlanır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün  bu gündən avqustun 15-dək internet vasitəsilə ərizə qəbulu aparılır:

"Abituriyentlər TQDK-nın internet saytının müvafiq səhifəsində (www.tqdk.gov.az/erizetex) şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasına daxil olur və onu doldururlar".

2012/2013-cü tədris ilində Azərbaycan Respublikasının ümumi və ilk peşə ixtisas təhsili müəssisələrinin 9-cu, 10-cu və 11-ci siniflərini bitirən abituriyentlər və 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər.

Digər abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə Bakı şəhəri 42 nömrəli tam orta məktəbində və TQDK-nın regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL