waplog

İlk dəfə “Qafqazın rəqəmli tektonik xəritəsi” nəşr ediləcək


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun iştirak etdiyi "Qafqazın tektonikası" adlı beynəlxalq layihənin icrası başa çatıb. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, İsveçrənin Milli  Elm Fondunun dəstəyi ilə həyata keçirilmiş üçillik layihənin nəticələri adıçəkilən Avropa ölkəsinin Friburq Universitetində müzakirə olunub.

Müzakirələrdə Geologiya İnstitutunun Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Tələt Kəngərli və gənc alim Tofiq Rəşidov da iştirak ediblər. Müzakirə toplantısında Cənubi Qafqaz ölkələri, Rusiya və İsveçrə alimlərinin əldə etmiş olduğu məlumatlar uzlaşdırılıb.

Qərara gəlinib ki, ilk dəfə olaraq coğrafi informasiya sistemi tətbiq edilməklə 1:500000 miqyaslı "Qafqazın rəqəmli tektonik xəritəsi" nəşr edilsin. Xəritənin nəşri 2014-cü ilə nəzərdə tutulur.

AMEA-dan qeyd edilib ki, Azərbaycan alimləri İsveçrənin geologiyası ilə tanışlıq üçün təşkil olunmuş Yura dağlarına 2 günlük ekskursiyada da iştirak ediblər.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL